“Google”dan “iPhone”yə rəqib
"Google" kompaniyası San-Fransiskoda iki yeni smartfonunu “Pixel” və “Pixel XL”i təqdim edib.
“Qafqazinfo” “lenta.ru”-ya istinadən xəbər verir ki, hər iki telefonda RAM 4 Gb, yaddaş isə 32 və ya 128 GB-dır. Mobil telefonlar 8 və 12 meqapiksellik kamera ilə təhciz olunub. “Pixel”in ekranını ölçüsü 5 düym, “Pixel XL”in isə 5,5 düymdür. Telefonların qiyməti müvafiq olaraq 650 və 770 dollar olacaq.
Qeyd edək ki, "Google" əvvəllər mobil telefonunu "Nexus" adı ilə təqdim edib.
