“Samsung” 17 milyard dollar itirdi
Cənubi Koreyanın Samsung Electronics şirkəti Galaxy Note 7 telefonlarının satışdan tamamilə çıxarması ilə bağlı verdiyi elandan sonra 17 milyard dollar itirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət təmirdən sonra da öz-özünə yanma hallarının müşahidə edilməsi ilə bağlı həmin telefonların istehsalını dayandırmaq qərarı verib.
Şirkət, həmçinin Galaxy Note 7 sahiblərindən mütəxəssislər yaranmış problem aradan qaldırana qədər telefonları bağlı saxlamalarını, istifadə etməmələrini xahiş edib.
Bu olay Samsung Electronics-in səhmlərinin də oktyabrın 11-dən etibarən maksimal templə düşməsinə səbəb olub.
