Gürcüstanın Baş naziri ölkə müsəlmanlarının nümayəndələri ilə görüşmüşdür - DalgaTV VIDEO
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Urekidəki iqamətgahında ölkə müsəlmanlarının nümayəndələri ilə görüşmüşdür.
Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Cemal Paksadze, rayonların müftiləri, Müsəlman Gürcülər İttifaqının üzvləri, müsəlman gürcülərin yaşadıqları Cele kəndinin nümayəndələri iştirak etmişlər.
Görüş iştirakçılarının Baş nazirlə Cele kəndindəki məscidin qeyri-qanuni tikinti bəhanəsi ilə uçurulmuş minarəsinin bərpa olunması, Batumi şəhərində yeni məscidin tikilməsi və digər məsələlər barədə fikir mübadiləsi apardıqları bildirilir.
< Əvvəlki | Növbəti > |
---|