Fotoqraflar Barak Obamadan şikayətçidir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

“Associated Press” Amerika prezidenti Barak Obamanı fotoqraflar üçün kifayət qədər şərait yaratmamaqda günahlandırıb.


Agentliyin fotoxidmətinin rəhbəri Santiyaqo Lion bu barədə bəyanatla çıxış edərək bildirib ki, indiyə qədər agentliyin fotoqrafları ancaq 2 dəfə prezidenti iş başında çəkə biliblər. Ağ Evdəki dəyirmi kabinetdə Barak Obamanın iş başında görüntüləndiyi hər iki foto prezidentliyin birinci dönəminə aiddir.

İnformasiya agentliklərinin fotoqrafları Ağ Evdə Obamanın digər liderlərlə görüşlərinə buraxılsa da, prezidenti iş başında görüntüləmək mümkün olmur. Barak Obamanın iş kabinetindəki şəkilləri ancaq xüsusi ayrılmış fotoqraflar tərəfindən çəkilərək mətbuata ötürülür.

Santiyaqo Lion bunu Barak Obamanın bəyanatları ilə ziddiyyət təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Obama özünün və administrasiyasının tamamilə şəffaf olacağını bildirsə də, bu sahədə digər Amerika prezidentlərindən geri qalıb.