Elmar Məmmədyarov Küveytin yeni səfirini qəbul edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveyt dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, diplomat etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

E. Məmmədyarov Əl-Rumini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə son illər ərzində iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunaraq mövcud əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.