Baş nazir İlham Əliyevin Türkiyə səfərindən danışdı
Söhbət zamanı Türkiyə hökumətinin başçısına bu il noyabrın 12-13-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin yekunlarını, həmin səfərin Azərbaycan liderinin bu vəzifəyə yenidən seçilməsindən sonra ilk xarici səfəri olmasını nəzərə alaraq necə qiymətləndirməsi barədə sual verilib. Ərdoğan deyib:
“Əlbəttə, İlham Əliyevin ölkəmizə səfərləri bizim üçün artıq ənənəyə çevrilmişdir. Bizdə də seçkilər başa çatandan sonra ilk xarici səfərimiz Azərbaycana olur. Onlar da belə edirlər. İlham Əliyevin budəfəki iki günlük səfəri həqiqətən açıq və səmimi şəraitdə keçmişdir. Səfər çox səmərəli olmuşdur. Bildiyiniz kimi, bizdə həm Rusiya ilə, həm də Azərbaycanla Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılmışdır və bu Şura fəaliyyətdədir. Biz hərbi, siyasi, iqtisadi sahələrdə, ticarət və mədəniyyət sahələrində çoxsaylı ikitərəfli sazişlər bağlamışıq. Bilirəm ki, Azərbaycan-Rusiya münasibətləri də müsbət istiqamətdə inkişaf edir. Bununla əlaqədar, bir məsələ mənim üçün xüsusilə əhəmiyyətlidir. Bu, həmsədri Rusiya, ABŞ və Fransa olan ATƏT-in Minsk qrupunun işi məsələsidir. Bu ölkələr Dağlıq Qarabağ problemi ilə əlaqədar onlara həvalə edilmiş öhdəlikləri yerinə yetirməlidirlər. Əgər münaqişə nizamlansa, yekunda Azərbaycan da qazanar, Ermənistan da, Türkiyə, Rusiya və İran da”.
< Əvvəlki | Növbəti > |
---|