Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi keçirilib - DalgaTV VIDEO
Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi keçirilib.
Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin Tbilisidə andiçmə mərasimi keçirilib. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti də Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimində iştirak etmək üçün bugün Tbilisiyə gəlib.Georgi Marqvelaşvili rəsmən Gürcüstan prezidenti olub.
"Mən, Gürcüstan prezidenti olaraq, Gürcüstan Konstitusiyasına əməl edəcəyimə and içirəm və əlimdə gələn hər şeyi öz ölkəmin birliyi və inkişafına nail olması üçün etməyə söz verirəm", Marqvelaşvili and içərək deyib.
Sonra Gürcüstan himni səslənib.
Andiçmə mərasimində Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edib.
Mərasimdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak ediblər. Səfir Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşəcəyindən əminliyini vurğulayıb.O bildirib ki,bizim münasibətlərimizin yaxşı dinamizmi var və əlaqələr daha da genişlənəcək. Prezidentlə bunu müzakirə etdik.
< Əvvəlki | Növbəti > |
---|