Qatar gəncləri vurdu: 4 nəfər öldü
Moskvanın şimal bölgəsində 5 gənc qatarın altında qalıb. Gənclərdən 4-ü ölüb, biri isə ağır yaralanıb. AzNews.az Rusiyanın xəbər agentliklərinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Tuşino-Rijskaya dəmir yolunun üstündə gəzən gənclər qatarın gəldiyini gec fərq ediblər.
Maşinistin fit verməsinə və təcili əyləc sistemini hərəkətə keçirməsinə baxmayaraq, faciənin qarşısını almaq mümkün olmayıb. Gənclərin 16-20 yaşlarında olduğu bildirilir.
< Əvvəlki | Növbəti > |
---|