Gürcüstanın yeni prezidenti Artur Rasizadə ilə görüşdü

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Meeting with the Prime Minister of Azerbaijan Artur Rasizade 1

Gürcüstanda yeni seçilmiş prezident Georgi Marqvelaşvilinin inaqurasiya mərasimi başa çatıb.

Virtualaz.org saytı gürcü qaynaqlarına istinadən xəbər verir ki,  mərasimdən sonra yeni prezident Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşüb.Görüşdə Azərbaycanla Gürcüstan arasında müxtəlif sferalarda əməkdaşlıq məsələləri müzakirə edilib. Xatırladaq ki, Marqvekaşvilinin inaqurasiya mərasimində Azərbaycanı baş naziri təmsil edirdi. 
 
İnaqurasiya mərasiminə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 53 nümayəndə heyəti –cəmi 200-ə yaxın qonaq iştirak edib. Mərasim Gürcüstan parlamentinin köhnə binasında keçirilib.
 
Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatında Marqvelaşvili ilə Rasizadə arasında keçirilmi görüş haqda deyilir ki, tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq barədə danışıblar. “Xüsusən siyasi, iqtisadi və humanitar sferalarda sonrakı əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə diqqət yönəldilib. Tərəflər mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığı dərinləşdirməkdə qərarlı olduqlarını ifadə ediblər” deyə açıqlamada bildirilir.