Artur Rasizadə İvanişvili ilə görüşdü - DalgaTV VIDEO
Azərbaycanın Baş naziri Artur Rasizadə Gürcüstanın Baş nazir vəzifəsini icra edən Bidzina İvanişvili ilə Tiflisdə görüş keçirib. ANS PRESS-in “Qruziya online”a istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələlərini müzakirə edilib.
Rasizadə və İvanişvili həmçinin bir sıra regional layihələr və onların başa çatdırılması zəruriliyini də müzakirə ediblər.
Azərbaycanın Baş naziri İvanişvilini Gürcüstan prezidentinin inauqurasiya mərasimindəki bayram əhval-ruhiyyəsi münasibətilə təbrik edib.
Xatırladaq ki, bu gün Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimi olub və mərasimdə Azərbaycanı Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
< Əvvəlki | Növbəti > |
---|