Putin və Ərdoğan görüşəcəklər- Sankt-Peterburqda
Noyabrın 21-22-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya rəsmi səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Rusiya-Türkiyə yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçiriləcək.
V. Putin və R. T. Ərdoğan nazirlərin və dövlət idarələri rəhbərlərinin müxtəlif sahələr üzrə məruzələrini dinləyəcəklər. Əsas müzakirə mövzusu ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq və enerji sahəsində həyata keçirilən birgə strateji layihələrin icrası olacaq.
Toplantının yekununda bir sıra sənədlər imzalanacaq.
Sankt-Peterburqda V. Putin və R. T. Ərdoğan arasında ikitərəfli görüş də nəzərdə tutulub.
< Əvvəlki | Növbəti > |
---|