ABŞ Konqresinin nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir
Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndə heyəti noyabrın 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Sonra nümayəndə heyəti Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir.
Qonaqlara erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi, törədilən qanlı hadisələr, o cümlədən Xocalı soyqırımı barədə ətraflı məlumat verilmişdir.
< Əvvəlki | Növbəti > |
---|