Vilnüs sammitində hansı sənədlərin imzalanacağı məlum olub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 
alt
Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması, Gürcüstan və Moldova ilə assosiasiya və azad ticarət sazişinin paraflanması gözlənilir

 

Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III zirvə toplantısında hansı sənədlərin imzalanacağı bəlli olub. Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması planlaşdırılıb. 

Əsas müzakirə mövzusu proqram iştirakçısı ölkələrlə assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının (DCFTA) yaradılması barədə sazişin imzalanmasında əldə edilən tərəqqi olacaq. Gürcüstan və Moldova ilə assosiasiya və DCFTA sazişinin paraflanması gözlənilir. Ukrayna ilə eyni sazişin imzalanması məsələsi isə hələ masadadır.  

Bundan başqa, Gürcüstanın AB-nin böhranların idarə edilməsi üzrə missiyalarında iştirakı haqda çərçivə sazişinin imzalanması və Ukrayna ilə aviasiya üzrə sazişin paraflanması da nəzərdə tutulub.

Zirvə toplantısının yekunları əsasında birgə Bəyannamə qəbul olunacaq.