Gürcüstan prezidenti: "Mixail Saakaşvili istədiyi yerdə yaşaya bilər"
Mixail Saakaşvili azad insandır, o istədiyi yerdə yaşaya bilər. Bunu Vilnüsdə “Şərq Tərəfdaşlığı” sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında Gurcüstan prezidenti Georqi Marqvelaşvili deyib.
KİV nümayəndələri M.Saakaşvilinin vətəninə dönmədiyini vurğulayaraq, hökumətin ona qarşı müəyyən addımlar ata biləcəyindən şübhələndiklərini bildirib. Buna cavab olaraq Marqvelaşvili Saakaşviliyə qarşı hər hansı işin açılmadığını qeyd edib. “O, azad ölkənin azad vətəndaşıdır və istədiyi yerdə yaşaya bilər ”, - deyə Marqvelaşvili bildirib.
< Əvvəlki | Növbəti > |
---|