Gürcüstan Prezidenti GUAM PA-nın rəsmi sənədini alqışlamışdır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan Prezidentinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Prezident Georgi Marqvelaşvili GUAM Parlament Assambleyasının qəbul etdiyi dövlətlərin ərazi bütövlüyü təsdiq olunan, beynəlxalq aləmdə tanınmış sərhədlərin pozulmaması prinsiplərinə sədaqət ifadə edilən, üzv ölkələrin münaqişələrin dinc yolla tənzimlənməsini dəstəkləyən rəsmi sənədi alqışlamışdır.

Prezidentin müraciətində qeyd olunmuşdur ki, işğalçılıq, yeni maneələr yaratmaq, separatizmə dəstək 21-ci əsr üçün qəbuledilməzdir. Ona görə də hər hansı mübahisəli və ağrılı məsələlərin danışıqlar yolu ilə tənzimlənməsinə beynəlxalq səylərin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Öz gələcəyini və xarici siyasətinin prioritetlərini təyin etmək dövlətlərin suveren hüququdur. Bu sahədə onlara təzyiq yolverilməzdir.
Bir daha GUAM Parlament Assambleyasının iştirakçılarını salamlayır və əməkdaşlığın dərinləşdirilməsi, sülhün möhkəmləndirilməsi istiqamətində təşəbbüslərini dəstəklədiyimi təsdiq edirəm.