Müsavat Milli Şura ilə bağlı qərar verdi: Danışıqlara start verilsin

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Bu gün Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının AzNews.az-a verdiyi məlumata görə, Divanda ölkədəki ictimai-siyasi vəziyyət, yanacaq məhsullarının qiymətinin artırılması və digər məsələlərlə yanaşı, əsas müzakirə mövzularından biri də partiyanın Milli Şura ilə bağlı mövqeyinin müəyyənləşdirilməsi olub.

Divanda partiyanın Milli Şuradan çıxması ilə bağlı birmənalı razılıq əldə edilməsə də, qərara gəlinib ki, Müsavat Milli Şurada təmsil olunan AXCP, KXCP, “El” hərəkatı, “Nida” Gənclər Təşkilatı, Ziyalılar Forumu və digər qurumlarla ikitərəfli, o cümlədən çoxtərəfli danışıqlara start versin.

Bu danışıqlarda Müsavatın adıçəkilən qurumlarla ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunsun.