Astara ilə ABŞ-ın San-Diyeqo şəhəri qardaşlaşır
Səfər zamanı və rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşüb. Q. Ağayev ABŞ səfirliyinin nümayəndələrinə rayon haqda geniş və ətraflı məlumat verib.
İşgüzar və səmimi şəkildə keçən görüş zamanı icra başçısı Derek Hoqanı maraqlandıran suallara cavab verib, rayonun sosial-iqtisadi inkişafı, aqrar məsələlər, əhalinin məşğuliyyəti və rayonda fəaliyyət göstərən sənaye və emal müəssisələri haqqında geniş məlumat verib. Astara rayonunun İran İslam Respublikası ilə sərhəddə yerləşdiyinə görə, mühüm strateji əhəmiyyət daşıması, bununla əlaqədar ölkə rəhbərliyi tərəfindən rayonumuza daim diqqət və qayğı göstərilməsi, abadlıq və quruculuq işlərinin ilbəil genişləndirilməsi diqqətə çatdırılıb.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun fəaliyyətinin daha da yaxşılaşdırılması, xüsusən son aylarda bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsi xüsusi vurğulanıb.
Həmçinin, görüşdə Azərbaycanın Astara rayonu ilə ABŞ-ın Kaliforniya ştatının San-Diyeqo şəhəri qardaşlaşması təklif irəli sürülüb.
Sonda Derek Hoqan rayon icra hakimiyyəti başçısı tərəfindən belə bir səmimi və işgüzar görüşün təşkilinə görə, dərin təşəkkür və minnətdarlığını, Azərbaycanın çox gözəl və səfalı guşəsi olan Astaraya bundan sonra tez-tez səfər edəcəyini bildirib.
Səfərdə D. Hoqanı səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Rocer Rigaud və digər qonaqlar müşayiət edib.
< Əvvəlki | Növbəti > |
---|