Gürcüstanın Baş naziri: Şahdəniz-2” yaxın gələcəkdə Avropanın energetika xəritəsini bütünlüklə dəyişə bilər
Gürcüstanın kütləvi informasiya vasitələri - “Rezonansi”, “Axali taoba” (“Yeni nəsil”), “Sakartvelos Respublika” (“Gürcüstan Respublikası”) qəzetləri “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanması barədə geniş yazılar dərc etmişlər. Televiziya kanallarında da bu mövzuya ətraflı yer verilmişdir.
“Rezonansi” qəzetinin 18 dekabr tarixli nömrəsində dərc edilmiş “Gürcüstan “Şahdəniz”in genişləndirilməsindən nə qazanacaqdır” sərlövhəli məqalədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin “Şahdəniz-2” layihəsi ilə bağlı fikirləri yer almışdır. Baş nazirin sözlərinə görə, layihəyə dair yekun investisiya qərarının imzalanması Avropa üçün həlledici əhəmiyyətə malikdir. Onun fikrincə, bu layihə yaxın gələcəkdə Avropanın energetika xəritəsini bütünlüklə dəyişə bilər.
Gürcüstanın layihədən götürəcəyi fayda barədə sualı cavablandıran İ.Qaribaşvili demişdir: 5 il ərzində təxminən 700 milyon dollar həcmində sərmayə yatırımı, 2-3 min iş yeri qazanacağıq, boru kəmərinin ötürücülük qabiliyyəti 16 milyard kubmetrədək artacaq və bunun 5 faizi Gürcüstana qalacaqdır.
< Əvvəlki | Növbəti > |
---|