YAP rəhbərliyi Qarabağ qazisinə baş çəkdi- FOTO

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Milli Məclisin üzvləri Bakının mərkəzində özünü yandıran Qarabağ əlilinə baş çəkiblər.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı bu gün Zaur Həsənova baş çəkiblər. Yaralının vəziyyəti ilə maraqlanan deputatlar xəstəni ziyarət etməyə gələn digər əlillərlə də görüşərək məsələ ilə yaxından tanış olublar.

S.Novruzov açıqlamasında bildirib ki, xəstənin vəziyyəti tam nəzarət altındadır: “Yaralıya nə lazımdırsa, olunur. Xəstə sağalandan sonra onun məsələsinə hüquqi qaydada baxılacaq”.

Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.