QDİƏT-də sədrlik Ermənistandan Bolqarıstana keçib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik 6 ay müddətinə Ermənistandan Bolqarıstana keçib.
Bolqarıstanın xarici işlər naziri Kristian Viqenin bildirib ki, təşkilatda sədrlik dövründə onun təmsil etdiyi ölkənin əsas prioritetləri QDİƏT-in müxtəlif beynəlxalq və regional təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat, turizm, ekoloji sahələrində birgə layihələrin həyata keçirilməsi olacaq.
K.Viqenin əlavə edib ki, Bolqarıstan QDİƏT ilə Avropa Birliyi arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində də çalışacaq.
QDİƏT 1992-ci il iyunun 5-dən fəaliyyətinə başlayıb. Təşkilata Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna daxildir. Azərbaycan 2009-cu ilin ikinci yarısında QDİƏT-ə sədrlik edib.
< Əvvəlki | Növbəti > |
---|