Bir gecədə yüzlərlə polis vəzifədən uzaqlaşdırılıb
Türkiyə hökuməti 17 dekabrında həyata keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra polis təşkilatında nurçu və nurçulara yaxın polislər vəzifədən uzaqlaşdırmağa başlayıb.
Yanvarın 7-nə keçən gecə Ankara Əmniyyət Müdirliyində (polis idarəsi) 560 polis müdiri və məmuru vəzifələrindən çıxarılaraq başqa yerlərə - passiv vəzifələrə təyin olunub. Onların arasında hökumətin Gezi parkı olaylarından sonra mükafatlandırdığı əmniyyət müdirinin müavini Mahmud Azmaz da var.
Qeyd edək ki, daxili işlər naziri vəzifəsinə təyin olunan Əfqan Alanın qarşısına qoyulan əsas vəzifə nurçuların dövlət içərisində qurduğu bildirilən “paralel dövlət”in çökdürülməsidir. İlk olaraq paytaxt Ankaranın polis təşkilatını yeniləyən Ə. Ala “təmizləmə” əməliyyatını davam etdirir.
< Əvvəlki | Növbəti > |
---|