Rüstəm İbrahimbəyovun istefa ərizəsi qəbul edilmədi- Yenilənib
Milli Şuranın növbəti sessiyası artıq başlayıb. “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun yenidən Milli Şuranın fəxri sədri və ya lideri olmasını təklif edib.
AzNews.az xəbər verir ki, Eldəniz Quliyev R. İbrahimbəyova qarşı müəyyən təzyiqlər olduğunu bildirib: “Lakin o Milli Şuranın saxlamaq üçün geri çəkilib. Ona görə fəxri sədrlik məsələsinə münasibət bildirilməli və bu barədə qərar verilməlidir”.
E. Quliyev qeyd edib ki, Milli Şura artıq qarşıdurmalara münasibət bildirməli və bu qarşıdurmaların qarşısını almalıdır.
Mehriban Vəzir isə bu təklifə qarşı çıxıb. O, Rüstəm İbrahimbəyovla bağlı məsələni yenidən gündəliyə salınmasına etiraz edib.
Milli Şura sədri C. Həsənli isə qeyd edib ki, yenidən liderlik məsələsinə qayıtmağa lüzum görmür:
“Mənim öz fikrimə görə, biz yenidən liderlik məsələsinə qayıtmamalıyıq. Burda oturanların əksəriyyəti liderdir. Bu mənim fikrimdir, lakin Milli Şura qərar verməlidir. Milli Şurada bir ənənə var.
Bu ondan ibarətdir ki, biz sessiyalararası müddətdə Milli Şuranı tərk edənlərin Milli Şuradan çıxmasın nəzərə alırıq. Eyni zamanda, quruma müraciət varsa, biz bu müraciətlər baxmalıyıq. Ötən sessiyadan sonra Rüstəm İbrahimbəyovun Milli Şuraya müraciəti olub.
Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrlikdən imtina müraciətinə biz baxmalı idik. Ona görə də, biz Rüstəm İbrahimnbəyovun istefa ilə bağlı müraciətini Milli Şurada müzakirəyə çıxararaq münasibət bildirməliyik”.(
< Əvvəlki | Növbəti > |
---|