Güney Azərbaycan Qurtuluş Partiyasının sədri istefa verib
Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) rəhbərliyində istefa olub.
Eldar Qaradağlı GAQP başqanlığından və partiyada tutduğu bütün vəzifələrdən istefa verdiyini açıqlayıb.
Dalgatv APA-ya istinadən xəbər verir ki, o, GAQP-nin İdarə Heyəti üzvlərinə ünvanladığı məktubda «Çox dəyərli dostlar! Şəxsi səbəblərdən dolayı başqanlıqdan və partiyada tutduğum bütün vəzifələrdən istefa verirəm. Sizə əziz millətimizin müqəddəs məqsədləri uğrunda apardığınız milli davada uğurlar diləyirəm. Yaşasın 50 milyonluq Azərbaycan türk milləti!», - deyə bildirib.
Qeyd edək ki, hazırda İsveçdə mühacirətdə yaşayan E.Qaradağlı uzun müddət Dünya Azərbaycanlıları Konqresində (DAK) fəaliyyət göstərib.
< Əvvəlki | Növbəti > |
---|