Qərar qəbul edildi: rus qoşunları Ukraynaya girir
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krım Muxtar Respublikasına qoşun yeritmək üçün Federasiya Şurasına müraciət edib.
Dalğa TV-nin APA -ya istinadən verdiyi məlumata görə, müraciətdə Ukraynada ictimai-siyasi vəziyyət normallaşanadək qoşunların Krımda qalmasının zəruriliyi əsaslandırılır.
“Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiya vətəndaşlarının, soydaşlarımızın, Qara dəniz donanması şəxsi heyətinin həyatı təhlükədədir. Bu üzdən də Ukraynada ictimai-siyasi vəziyyət normalaşanadək Rusiya Silahlı Qüvvələrindən bu ölkənin ərazisində istifadə üçün Rusiya Federasiya Şurasına müraciət edirəm”, - deyə Rusiya prezidentinin müraciətində vurğulanır.
Bu dəqiqələrdə Federasiya Şurası qoşunların Ukraynaya girməsi barədə Putinin müraciətini yekdilliklə qəbul etdi.
< Əvvəlki | Növbəti > |
---|