NATO Rusiya ilə əməkdaşlığı dayandırır
NATO ölkələrinin XİN rəhbərləri Brüsseldə keçirilmiş görüşdə Rusiya ilə, siyasi dialoq istisna olmaqla, bütün mülki və hərbi əməkdaşlığı dayandırmağa qərar veriblər.
“Biz NATO və Rusiya arasında mülki və hərbi sahələrdə əməli əməkdaşlığa son qoymağı qərara aldıq”.
Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə görüşün yekunlarına dair qəbul olunmuş bəyanatda deyilir.
“Lazım olduqda, əsasən də Ukrayna ətrafında yaranan hazırkı böhranla bağlı fikir mübadiləsinin aparılması üçün bizim Rusiya-NATO Şurası çərçivəsindəki siyasi dialoqumuz səfirlər və daha yüksək səviyyədə davam etdirilə bilər”, deyə sənəddə bildirilir.
< Əvvəlki | Növbəti > |
---|