Xarkov respublikasının yaradıldığı elan edilib
Ukraynada Xarkov vilayət şurası Xarkov xalq respublikasının yaradılmasını elan edib.
Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, müvafiq qərar Xarkov vilayət şurasının növbədənkənar toplantısında deputat seçilmiş rusiyameylli fəallar tərəfindən qəbul olunub.
Eyni zamanda, onlar bütün dövlət qurumlarının səlahiyyətlərini öz üzərilərinə götürdüklərini bəyan ediblər.
< Əvvəlki | Növbəti > |
---|