NATO təmas xəttindəki gərginlikdən narahatdır
Uilyam Lahue: “NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” NATO son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır.
Bunu NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue açıqlamasında deyib. Dalgatv APA-ya istinadən xəbər verir ki, U. Lahue NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdar olduqlarını vurğulayıb. O bildirib ki, münaqişədə gərginliyin yaranması tək Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhlükədir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir.
< Əvvəlki | Növbəti > |
---|