Gürcüstan Abxaziya seçkilərini tanımır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altGürcüstanın Xarici İşlər Nazirliyi Abxaziyada keçirilən prezident seçkisini qeyri-qanuni sayıb.

Dalgatv-nin  Anspress-ə istinadən verdiyi məlumata görə, rəsmi Tiflis beynəlxalq ictimaiyyəti bu seçkini pisləməyə çağırıb. Gürcüstan seçkinin ölkənin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, tanınmamış Abxaziya respublikasında prezident seçkisində Aslan Bjaniya, Leonid Dzapba, Mirab Kişhmariya və Raul Kajimba mübarizə aparırlar.

Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiya onun müstəqilliyini tanıyıb.