Gürcüstanın müdafiə naziri Ermənistana səfər edib
Gürcüstan müdafiə naziri İrakli Alasaniya Ermənistana səfər edib.
Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, İ. Alasaniya səfər çərçivəsində ermənistanlı həmkarı Seyran Ohanyanla görüşəcək.
Bağlı qapılar arxasında keçiriləcək görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq və perspektivlərin, habelə regional təhlükəsizliklə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.
< Əvvəlki | Növbəti > |
---|