İlham Əliyev dünənki müşavirədən yazdı
Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası müsbət dəyərləndirib.
AzNews.az xəbər verir ki, ölkə başçısı bu barədə özünün tvitter hesabında yazıb.
“Son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir. Doqquz ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artmışdır. İnflyasiya 1,5 faiz olmuş, əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. İlin əvvəlindən Azərbaycan iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulmuşdur. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb və 53 milyard dollardan çoxdur. Bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir”-deyə İlham Əliyev qeyd edib.
Prezident həmçinin Azərbaycanın gələcək inkişafının sənayenin inkişafı ilə bağlı olmasını də bildirib.
“Azərbaycanda müasir emal müəssisələri yaradılır. Hazırda ixrac potensialımızın artırılması üçün çox gözəl imkanlar var. Turizmin inkişafı sürətlə gedir. Bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda mövcuddur.Artıq infrastruktur da var. Aeroportlar, magistral yollar və bütün bölgələrdə beşulduzlu, dördulduzlu, üçulduzlu gözəl otellər yaradılır. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir”.
< Əvvəlki | Növbəti > |
---|