Kaladze Bakı-Tbilisi-Qars-dan danışdı

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt"Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin üzərlərinə düşən hissəsindəki bütün öhdəlikləri yerinə yetirib".

ANS PRESS-in məlumatına görə, bunu Gürcüstanın baş nazirin müavini, energetika naziri Kaxa Kaladze söyləyib.

O bildirib ki, hazırda Türkiyənin ərazisindəki tunelin tikintisi də sona çatmaqdadır. Gürcüstan baş nazirinin müavini əlavə edib ki, işlər iki ay sonra tam yekunlaşacaq:

"Bu çox böyük və əhəmiyyətli layihədir. Dəmiryol magistralı bu ilin sonuna qədər istismara veriləcək", - deyə Kaxa Kaladze söyləyib.

Qeyd edək ki, 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır.

Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.