Türkiyə XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək
Türkiyənin Xarici İşlər naziri Feridun Sinirlioğlu Azərbaycana səfər edəcək.
"Dalğa TV" Türkiyə XİN-in saytına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər nazirinin rəsmi səfəri iki ölkə arasında müntəzəm həyata keçirilən yüksək səviyyəli səfərlər çərçivəsində sentyabrın 15-16-da baş tutacaq.
Səfər zamanı F.Sinirlioglu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq və regiondakı vəziyyət, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
Bundan əlavə, Türkiyə Xarici İşlər nazirinin Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşləri planlaşdırılır.
< Əvvəlki | Növbəti > |
---|