Çex Respublikasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Çex Respublikasının prezidenti Miloş Zeman sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

"Dalğa TV" - nin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Çex Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
< Əvvəlki | Növbəti > |
---|