Prezident İlham Əliyev: “Azərbaycan bütün məsələlərdə daim Türkiyənin yanındadır”
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı F. Sinirlioğlunu Türkiyə xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
F. Sinirlioğlunun ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayan prezident İlham Əliyev bir ənənə olaraq ölkələrimizin prezidentlərinin də ilk xarici səfərlərini qardaş ölkələrə etmələrini münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin təməlində qardaşlıq duyğularının dayandığını deyən dövlət başçısı bu təməl üzərində çox gözəl ikitərəfli münasibətlərin qurulduğunu da məmnunluqla qeyd edib. Davamı
< Əvvəlki | Növbəti > |
---|