Azərbaycanın Batumidəki yeni baş konsulu patentini Gürcüstanın XİN rəhbəri müavininə təqdim edib

Sentyabrın 23-də Azərbaycanın Batumiyə təyin edilən yeni baş konsulu Rəşad İsmayılov Gürcüstan xarici işlər nazirinin müavini Qiqi Qiqiadze ilə görüşüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə yeni baş konsul Rəşad İsmayılov konsul patentini nazir müavininə təqdim edib.
Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn iştirak edib. Gürcüstan xarici işlər nazirinin müavini Qigi Qigiadze Rəşad İsmayılovu Batumidə baş konsul vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb. Nazir müavini Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Görüşdə iki ölkə arasında bütün sahələrdə olan əlaqələrin çox məhsuldar şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Görüşün sonunda tərəflər Gürcüstan və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün daim hazır olduqlarını ifadə ediblər.
< Əvvəlki | Növbəti > |
---|