Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verildi
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilsin".
Mədət Quliyev oktyabrın 20-də Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
Mədət Quliyev bu təyinatadək Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsini tuturdu.
< Əvvəlki | Növbəti > |
---|