İsrailin keçmiş xarici işlər naziri də Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün İsraildən gələn nümayəndə heyətinin tərkibində İsrailin keçmiş xarici işlər naziri, "Naş dom- İsrail" partiyasının lideri Aviqdor Liberman da var.

"Dalğa TV" "Seçki-2015"ə istinadən verdiyi məlumata görə, bu barədə "AZİZ" İsrail- Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib.

Onun sözlərinə görə, İsrail nümayəndə heyəti oktyabrın 30-da Bakıya gələcək.

Nümayəndə heyətinin tərkibinə 4 nəfər- İsrailin keçmiş xarici işlər naziri, "Naş dom- İsrail" partiyasının lideri Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri Maykl Oren daxildir.

Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti seçki müşahidələrinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirməyi də planlaşdırır.