Yanukoviç Ukraynaya qayıtmaq istəyir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Bunun üçün hüquqi addımlar atılır".

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk bəyan edib ki, sabiq prezident ölkəyə qayıtmaq istəyir və bunun üçün hüquqi addımlar atılacaq.

"Dalğa TV" xəbər verir ki, Serdyuk bu barədə "Qlavkom" nəşrinə verdiyi müsahibəsində bildirib.

"Onun Ukraynaya qayıtmaq niyyəti var və bunun üçün hüquqi addımlar atılacaq. Yanukoviç prezident səlahiyyətlərini üzərindən götürməyib və ölkə rəhbərliyindən özü uzaqlaşmayıb", - vəkil qeyd edib.

Bununla yanaşı, Serdyukun sözlərinə görə, Yanukoviç sabiq prezidentə dair işi aparan Ukraynanın hüquq-mühafizə orqanları nümayəndələri ilə görüşdən boyun qaçırmayıb, əksinə "istintaqın gedişatında iştirak etməyə hazır olduğunu bildirib".

Amma vəkilin qeyd etdiyinə görə, sabiq prezidentin niyyəti güc strukturlarının işçiləri tərəfindən anlayışla qarşılanmır.

"Faktiki olaraq Yanukoviç öz işləri üzrə müstəntiqləri çoxdan axtarır", - Serdyuk qeyd edib.