Məmmədyarov: “Gürcüstanla əlaqələrimiz strateji əməkdaşlıqdan daha üstün səviyyədədir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixail Canelidzeni qəbul edib.
"Dalğa TV"nin məlumatına görə, görüş əvvəlcə təkbətək, daha sonra geniş formatda baş tutub.
Geniş tərkibli görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə danışılıb, onun Şərqlə Qərb arasında regional əlaqəni təmin edən bir xətt olduğu bildirilib.
Görüşdə ikitərəfli münasibətlərdən də danışılıb. "Bizim Gürcüstanla əlaqələrimiz strateji əməkdaşlıqdan daha üstün səviyyədədir", - deyə nazir Elmar Məmmədyarov qeyd edib.
< Əvvəlki | Növbəti > |
---|