Putin Suriyadan geri çəkildi: Qoşunlar çıxarılır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Tapşırıqlar ümumən yerinə yetirilib".

Rusiya prezidenti Vladimir Putin martın 15-dən başlayaraq ölkəsinin Suriyadakı əsas qüvvələrinin çıxarılmasına başlamağı əmr edib.

"Dalğa TV" xəbər verir ki, Putin çıxışı zamanı Müdafiə Nazirliyinin qarşısında qoyulmuş vəzifələrin ümumilikdə yerinə yetirildiyini bildirib.

"Buna görə əmr edirəm ki, sabahdan bizim Suriya Ərəb Respublikasındakı hərbi qruplaşmamızın əsas hissəsinin çıxarılmasına başlanılsın", - Putin xarici işlər naziri Sergey Lavorv və müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib.