Obama Kubaya səfərini tarixi imkan adlandırıb
ABŞ prezidenti Kubaya iki günlük səfərə gəlib.
ABŞ prezidenti Barak Obamanın bazar günü Kubaya iki günlük səfəri başlayıb.
"Dalğa TV"nin xairici KİV-ə istinadən verdiyi məlumata görə, tarixi səfərdə prezidenti hökumət nümayəndələri, konqresmenlər, sahibkarlar və ailə üzvləri müşaiyət edir.
Obama Havanada bərpa olunmuş ABŞ səfirliyində çıxış edərək, bu səfəri "tarixi imkan" adlandırıb. O, həmçinin köhnə şəhərdə vaxt keçirib.
Barak Obamanın Kuba lideri Raul Kastro, ölkə ictimaiyyəti və sahibkarlarla görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Obama Kubaya 88 ildən sonra səfər edən ilk ABŞ prezidenti olacaq. Bundan əvvəl 1928-ci ildə prezident Kelvin Kulic Havanaya səfər edib.
< Əvvəlki | Növbəti > |
---|