Müdafiə Nazirliyi: Torpaqlarımız erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq
"Ordumuzun qüdrəti ilə ərazi bütö;vlüyümüz bərpa olunacaq".
Ermənistan müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana güzəştə getməyəcəkləri barədə mülahizələrinə Azərbaycan Müdafiə Nazirliyi cavab verib.
Müdafiə Nazirliyindən verilən məlumata gö;rə, S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tö;külməklə azad olunacaq.
Müdafiə Nazirliyi bəyan edib ki, münaqişənin sülh yolu ilə yeganə həll yolu işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasıdır:
"Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və ordumuzun qüdrəti ilə işğal olmuş torpaqlarımız işğaldan azad ediləcək, ərazi bütö;vlüyümüz və suverenliyimiz bərpa olunacaq".
< Əvvəlki | Növbəti > |
---|