Gürcüstanda Meydan Tv jurnalistinin davranışı hər iki ölkə gənclərinin qəzəbinə səbəb olub.- VIDEO
Bu barədə Şərif İdrisoğlu ilə əlaqə saxladıq.
- MEYDAN TV- jurnalisti Gürcüstandakı kilsələrin birində çəkiliş zamanı dini dəyərləri təhqir edib. Bu səbəbdən yaranan münaqişə xoşagəlməz hala çevrilib, etirazlar yüksəlməyə başlayıb. Düşünürəm ki, bu cür təxribatlar Gürcüstan və Azərbaycan dostluğuna zərər verməməlidir. Amma bu cür davranışların qarşısı alınmalı, müvafiq orqanlara məlumat verilməlidir. İnanırıq ki, bu problem də həllini qısa müddətdə tapacaq.
Çıxış edənlər qeyd edib ki, Gürcüstan və Azərbaycan dostluğuna zərər vermək heçkəsin həddi və haqqı deyil. Azərbaycan və Gürcüstanın tarix boyu dostluq və qardaşlıq əməkdaşlığını davam etdirib və etdirəcək. Buna qarşı gələnlər öz layiqli cavablarını alacaqlar. Bu gün Azərbaycanın Gürcüstana verdiyi dəstək göz qabağındadır. Bunu pozmağa heçkəsin gücü çata bilməz.
Qeyd edək kii, Meydan Tv əməkdaşının Gürcüstanda çəkiliş zamanı kilsədə xristian dini dəyərlərini təhqir etməsi ölkə gənclərinin qəzəbinə səbəb olmuşdur. Kilsə qarşısında baş verən aksiyada qeyd olunub ki, kimliyindən asılı olmayaraq heçkəs Azərbaycan Gürcüstan dostluğuna zərər gətirə biləcək davranış nümayiş etdirə bilməz. Bunun qarşısı alınmalı, bu cür negativliklər yığışdırılmalıdır. - VIDEO BURADA
< Əvvəlki | Növbəti > |
---|