Azərbaycan prezidentinə Serbiyanın ali ordeni təqdim olunub
Azərbaycan prezidenti İlham Əliyev Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.
APA-nın məlumatına görə, səfir Neboyşa Rodiç Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın ali ordenini dövlət başçısına təqdim edib.
< Əvvəlki | Növbəti > |
---|