Marqvelaşvili: Ölkənin baş komandanı olmayacaq

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkə konstitusiyasının yeni redaksiya layihəsini şərh edib.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, prezident konstitusiyaya təklif olunan dəyişikliklərdən narazılıq ifadə edib.

“Biz gələcək konstitusiyanın yeni versiyası ilə tanış olduq və mən bir neçə əsas maddəyə toxunmaq istərdim. Birincisi, təəssüf ki, xalqın ölkə prezidentini seçməsi ilə bağlı iradəsi rədd edilib. Yeni qaydalara əsasən, prezidenti vətəndaşlar deyil, 300 seçkiçi seçəcək. İkincisi: bu yolla seçilmiş prezidentin faktiki olaraq 2013-cü ildən bu yana qalan çox olmayan hüquqları qalmayacaq. Və ən qorxulusu odur ki, ölkənin faktiki olaraq baş komandanı olmayacaq”, - o deyib.

Prezident qeyd edib ki, dəyişikliklər layihəsinin parlamentə majoritar sistem üzrə seçkilərin ləğvini nəzərdə tutan maddəsini müsbət qiymətləndirir. Bununla yanaşı o qeyd edib ki, bu maddədə müəyyənlik yoxdur.