Gürcüstan baş nazirinin İrana səfəri başlayıb
Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin İrana iki günlük rəsmi səfəri başlayıb. Bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, G.Kvirikaşvili nazirlərdən ibarət nümayəndə heyəti ilə İrana yollanıb.
Səfərin məqsədi Gürcüstan-İran münasibətlərini əhəmiyyətli dərəcədə dərinləşdirməkdir.
İran hakimiyyəti nümayəndə heyətini rəsmi mərasimlə qarşılayıb. Tehran hava limanında G.Kvirikaşvilini İranın birinci vitse-prezidenti Esxak Cahangiri qarşılayıb.
Gürcüstan və İran arasında diplomatik münasibətlərin əsası 15 may 1992-ci il tarixində qoyulub.
< Əvvəlki | Növbəti > |
---|