Gürcüstan Türkiyə ilə hərbi əməkdaşlığı dərinləşdirir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın müdafiə naziri Levan İzoriya Türkiyənin Təhlükəsizlik Şurasının katibi Seyfullah Hacımüftüoğlu ilə Tbilisidə ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər regionda təhlükəsizlik, regional səviyyədə və Qara dənizdə təhlükəsizlik sahəsində strateji əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Bu planda onlar Gürcüstan-Türkiyə-Azərbaycan formatında əməkdaşlığın vacibliyini qeyd ediblər.

Onlar həmçinin Levan İzoriyanın yaxın zamanlarda Türkiyəyə səfərinə də diqqət ayırıblar və qeyd ediblər ki, səfər ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə imkan verəcək.