Lavrov: "ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük"
"ATƏT-in Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük. ATƏT-in Qafqazda sabitlik üzrə Cenevrə müzakirələrində müsbət iştirakını görürük".
Dalga tv Xeber.ge-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ATƏT-in baş katibi Lamberto Zanyer ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Nizamlama yolunda irəliləyiş üçün ciddi maneələr var. Amma bütün iştirakçı tərəflər kompromis üçün şərait yaratmaq niyyətindədir", - Rusiya XİN başçısı bildirib.
< Əvvəlki | Növbəti > |
---|