Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün tarixi açıqlanıb
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşünün tarixi məlum olub.
Dalga tv "Report"-a istinadən xəbər verir ki, XİN başçıları aprelin 28-də Moskvada görüşəcəklər.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq.
< Əvvəlki | Növbəti > |
---|