Azərbaycan və Türkiyə hərbçiləri döyüş elementləri yerinə yetiriblər
Azərbaycan-Türkiyə birgə taktiki təlimləri davam edir.
Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinə cəlb edilən bölmələr növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementlərini yerinə yetiriblər.
Təlimlər mayın 5-dək davam edəcəkdir.
< Əvvəlki | Növbəti > |
---|